Şəmkirdə “Canavar” ləqəbli narkotacir saxlanıldı

Şəmkirdə “Canavar” ləqəbli narkotacir saxlanıldıbackend

Şəmkir rayonunda “Canavar” ləqəbli narkotacir və alıcıları saxlanılıb.

DİN Mətbuat Xidmətinin Gəncə regional qrupundan Busaat.az-a verilən məlumata görə, rayon sakinləri, əvvəllər məhkum olunmuş 42 yaşlı,  Tural Ələsov, 46 yaşlı Vüqar Zamanov və 42 yaşlı, əvvəllər dəfələrlə məhkum olunmuş Şirxan Aslanov narkotik vasitələrin qanunsuz satışında və saxlamaqda şübhəli bilindikləri üçün Şəmkir Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən saxlanılıblar. Onların üzərinə qanunvericiliklə müəyyən edilmiş qaydada baxış keçirilən zaman T. Ələsovdan  1.296 qram, Ş. Aslanovdan 0.253 qram, Vüqar Zamanovdan isə 0.289 qram narkotik vasitə olan heroin aşkar edilərək götürülüb. İlkin dindirilmə zamanı Şirxan Aslanov və Vüqar Zamanov narkotik vasitəni, “Canavar” ləqəbi ilə tanıdıqları Tural Ələsovdan aldıqlarını etiraf ediblər.

Bundan başqa qanunsuz olaraq narkotik saxlamaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş rayon sakini Dilqəm Məmmədov saxlanılaraq RPŞ-yə gətirilib və onun üzərinə keçirilmiş baxış zamanı 13.533 qram narkotik vasitə olan həşiş və 0.676 qram qurudulmuş marixuana aşkar edilərək götürülüb.

Daha bir əməliyyat tədbirləri nəticəsində, qanunsuz olaraq narkotik vasitə əkib-becərməkdə şübhəli bilinən rayonun sakini, əvvəllər məhkum olunmuş 45 yaşlı Ömər Rzayevin Yuxarı Seyfəli kənd ərazisindəki həyatyanı sahəsinə keçirilən baxış zamanı oradan 5 ədəd ümumi çəkisi 12 kq 400 qram olan çətənə bitkiləri aşkar edilərək götürülüb.

Saxlanılan şəxslər istintaqa təhvil verilib, maddi sübutlar isə ekspertizaya təqdim olunub. Faktlarla bağlı araşdırma aparılır.

busaat c84cb10b03426c02e3f117aa188c70c3 60pjwnm2ly1vcux954fh busaat 0ffcc08791831b7e351b8979821d22e0 51n4jt7fcuamk2bo3s69 busaat cbcb9b855ff147f036ad8b198bb792cd elpwt56fbhckasxzyrmu busaat 2e57607b5c8ea18ac04dddff055b842a nulaq65ipws0tykxjv7c


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki