Ukraynanın tanınmış yazıçısı, ssenaristi, tərcüməçisi və cazmeni Sergey Qrabar Kiyevdə Ukrayna Azərbaycanlıları Radasında (RAU)olub. RAU-nun Baş katibi Ceyhun Məmmədov və Aparat rəhbəri Elşad İbrahimovla keçirilən görüşdə ukraynalı ədibə Azərbaycan diasporunun yenilikləri barədə məlumat verilib. C. Məmmədov tanınmış yazıçıya RAU həmsədrləri Oleq Krapivinin və Hikmət Cavadovun salamlarını çatdırıb. Diaspora yaxından əməkdaşlıq üçün təşəkkürünü bildirən Serey Qrabar xatırladıb ki, o daim Ukraynada Azərbaycan səfirliyi və diasporunun tədbirlərində yaxından iştirak edib. Azərbaycanın xalq yazçısı Anarın “Ağ qoç, qara qoç” əsərini ukrayncaya çevirən yazıçı Azərbaycan və Azərbaycan ədəbiyyatı haqqındakı yüksək fikirlərini bildirib. Əsərin ana xəttini təşkil edən “milli birlik” ideyasının bu gün üçün həm də Ukrayna üçün önəmini vurğulayıb. Ədib qeyd edib ki, daim Azərbaycan həqiqətlərinin yanındadır: “Azərbaycanı təbrik edirm ki, nəhayət öz torpaqlarını işğaldan azad etdi. Əminik ki, tezliklə Ukrayna da torpaqlarını azad edib ərazi bütünlüyünü bərpa edəcək”. Görüşdə nistaljik anlar da yaşanıb. Beləki Radanın kitabxabasında “Ukrayna-Azərbaycan; Xronika 2000” kitabını görən Qrabar çox duyğulanıb. Kitapda dərc olunan onun “Azərbaycan” essesi Azərbaycana və 3 distuna həsr olunub; Rafiq Həşimov, Səkim Babullaoğlu və Ceyhun Məmmədov. “Səmimi dostluqlar əbədi davam edir” deyən yazıçı Azərbaycana səfər etmək arzusunda olduğunu bildirib! Daha sonra Kiyevdə Ukrayna-Azərbaycan birgə yaradıcılıq gecəsinin keçirilməsi müzakirə olunub. Görüşün sonunda yazıçı-şair yeni kitablarınnı imzalayaraq Ceyhun Məmmədova və Elşad İbrahimova hədiyyə edib. Сергей Грабарь Писатель и переводчик. Член Национального союза писателей Украины. Входит в Секретариат, Совет и Президиум НСПУ. Член Издательского совета издательства «Ярославов Вал». Член редакционной коллегии журнала «Киев». С 2002 года Основатель и Генеральный Продюсер Международного джазового фестиваля “Единство” – “Unity” Председатель Президиума Общественного союза “Всеукраинская ассоциация джаза”. Автор термина и жанра – “Джазочитання”.
Sergey Qrabar Ukrayna Azərbaycanlıları Radasında olub

Bu bölməyə aid digər xəbərlər
Livanda Azərbaycan və türk dili üzrə birgə məktəblər yaradıla bilər. Busaat.az xəbər verir ki, bunu Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov…
“44 günlük müharibədən əvvəl, eyni zamanda döyüşlər dövründə erməni diasporu Azərbaycan diasporuna görüşlər keçirmək, danışıqlar aparmaq təklifi ilə müraciət…
Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Özbəkistan, Türkiyə, Qazaxıstan və Qırğızıstan kimi türk dövlətlərinə Azərbaycana daimi…
Fuad Muradov: “Ulu Öndər Heydər Əliyevin planları hər zaman türk dünyasının inkişafı ilə bağlı olub”
Ulu Öndər Heydər Əliyevin planları hər zaman Azərbaycanın bu günü, böyük türk dünyasının inkişafı ilə bağlı olub". Busaat.az xəbər verir ki, bunu Bakıda “Türk…
Şotlandiyanın Edinburq şəhərində Ermənistan silahlı qüvvələri tərəfindən işğal illərində Azərbaycanın Qarabağ bölgəsində kütləvi şəkildə basdırılan minaların…
Diasporla İş üzrə Dövlət Komitəsi Azərbaycan diasporuna müraciət edib. Busaat.az müraciəti təqdim edir: "Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin…