Somali hökuməti Tiktok, Telegram və 1XBET-i qadağan etdi

image-somalibackend

Somalinin Rabitə və Texnologiyalar Nazirliyi sosial media platformaları olan Tiktok, Telegram və mərc saytı 1XBET-i qadağan etmək qərarına gəlib.

Busaat.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə nazirlikdən bildirilib.

Nazirliyin təşkil etdiyi “Rabitə, İnternet və Sosial Media Təhlükəsizliyi Konfransı”ndan sonra qəbul edilən qərar çərçivəsində Tiktok, Telegram1XBET-in ölkə ərazisində qadağan edilməsinə göstəriş verilib.

Məlumata görə, Konfransda Somalili gənclərin həyatına mənfi təsir göstərən və hətta ölümlərə səbəb olan Tiktok, Telegram və 1XBET platformalarının bağlanmasının vacib olduğu qərara alınıb.

Açıqlamada gənclərin və qadınların əksəriyyətinin çoxluq təşkil etdiyi bu platformaların əxlaqsız vəziyyətlər nümayiş etdirdiyi vurğulanıb.

“Milli Telekommunikasiya Qanununun 64 və 65-ci maddələrini həyata keçirmək üçün Rabitə və Texnologiya Nazirliyi həyat tərzinə təsir edən və pis məlumatların artmasına səbəb olan rabitə və internet vasitələrindən istifadə edərkən Somali cəmiyyətinin mənəvi davranışını qorumaq üçün çalışır.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90