Somalidə hökumətyönlü qüvvələr “Əl-Şəbab” ekstremist qruplaşmasının yaraqlılarının ölümcül hücumundan sonra Şərqi Afrika ölkəsinin mərkəzi bölgəsində beş şəhəri boşaldıblar.
Busaat.az xəbər verir ki,bu barədə Somali Guardian məlumat yayıb.
Bazar ertəsi ordu Qalmuduq Administrasiyasının Vabho, Osueyne, Budbud, Gal’ad və Masagauay şəhərlərini boşaldıb. İnternet nəşrinin məlumatına görə, “Əl-Şəbab” yaraqlıları həftəsonu həyata keçirdikləri hücumda 178 Somali əsgərini öldürüb. Yaraqlılar arasında itkilər barədə məlumat yoxdur.
Qeyd edək ki, “Əl-Şəbab” 2004-cü ildə Somalidə yaradılıb. 2010-cu ilə qədər qrup geniş ərazilər üzərində nəzarəti bərqərar etmişdi. Lakin 2011-ci ilin yayında Moqadişudan geri çəkilməli və ölkə hökumətinə və müttəfiqlərinə qarşı partizan müharibəsi başlatmalı oldu. 2012-ci ilin fevralında “ƏL-Şəbab” lideri “Əl-Qaidə”yə qoşulduğunu elan etdi.