Somalidə terror nəticəsində ölənlərin sayı 100 nəfər oldu – YENİNƏLDİ

image-thumbs_b_c_181d5947466330459ca7d58410acfb07backend

Somalinin paytaxtı Moqadişuda baş verən partlayışda həyatını itirənlərin sayı 100 nəfər olub.

Busaat.az xəbər verir ki, bu barədə məlumatı hadisə yerinə baş çəkən Somali prezidenti Həsən Şeyx Mahmud bildirib.

Prezidentin məlumatına görə, daha 300 nəfər yaralanıb. Yaralılara hazırda tibbi xidmət göstərilir.

 

 

**** 09:46

Somalinin paytaxtı Moqadişuda Təhsil Nazirliyi yaxınlığında bomba yüklü iki maşınla terror hadisəsi təşkil edilib.

Busaat.az xəbər verir ki, hadisə nəticəsində 10 nəfər həyatını itirib.

Rəcəb Tayyib Ərdoğan Xəstəxanasının rəsmiləri bombalı hücumlarda həyatını itirən 10 nəfərin cəsədinin xəstəxana meyitxanasına aparıldığını, 87 yaralının müalicəsinin davam etdirildiyini bildirib.

Polisin verdiyi açıqlamaya görə, ilk partlayışdan sonra jurnalistlər, tibb işçiləri və polis hadisə yerinə gəlib. Bundan sonra ikinci partlayış baş verib.

Ölənlərin əksəriyyəti ikinci partlayış nəticəsində həyatını itirib.

Hələlik heç kim hücuma görə məsuliyyəti üzərinə götürməyib.

Qeyd edək ki, 2017-ci ildə eyni bölgədə törədilən ən böyük terror hücumunda 600-dən çox insan həlak olmuş, 1000-dən çox insan yaralanmışdı.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki