Hindistanın Maharaştra əyalətinin Akola rayonunda ötən gecə ritual zamanı güclü külək səbəbindən məbəddə 100 illik ağac qalay konstruksiyanın üzərinə aşıb. Hadisə nəticəsində 7 nəfərin öldüyü, ən azı 30 nəfərin yaralandığı bildirilib.
Busaat.az xarici mediaya istinadən xəbər verir ki, dağıntının altında qalanlar isə ətrafdakılar və məmurlar tərəfindən çıxarılıb. Polisin verdiyi açıqlamada hadisə nəticəsində 7 nəfərin həyatını itirdiyi, ən azı 30 nəfərin yaralandığı bildirilib.
Yaralıların müalicə olunmaq üçün yaxınlıqdakı xəstəxanaya aparıldığı, onlardan 5-nin vəziyyətinin ağır olduğu bildirilib.
Maharaştra əyalətinin baş nazirinin müavini Devendra Fadnavis ölənlərin ailələrinə başsağlığı verib və hökumətin ailələrə təzminat ödəyəcəyini açıqlayıb.
Busaat.az