Somalidə hərbi bazaya hücum: 10 əsgər həyatını itirdi

image-somalibackend

Terror təşkilatı Əl-Şəbabın Somalidəki hərbi bazaya hücumundan sonra başlayan qarşıdurmada 10 Somali əsgəri həyatını itirib.

Busaat.az xəbər verir ki, bu barədə ölkənin milli televiziyası məlumat yayıb.

Bildirilib ki, terror təşkilatı səhər saatlarında Aşağı Şabel bölgəsindəki hərbi bazaya ağır silahlarla hücum edib.

Münaqişədə təşkilatın 20 üzvünün zərərsizləşdirildiyi, 10 Somali əsgərinin isə həyatını itirdiyi deyilir.

Hücum edənlərin şəhərin müxtəlif yerlərindən hücuma keçdikləri, lakin ordunun müqaviməti ilə qarşılaşdıqları bildirilib.

Qeyd olunub ki, ordu münaqişədən sonra baza və şəhəri nəzarətə götürüb.

Somali prezidenti Həsən Şeyx Mahmud ölkədə tez-tez hücumlar təşkil edən “Əş-Şəbab”a qarşı hərtərəfli mübarizə aparmaq qərarına gəlib.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90