Somalidəki əməliyyatda 70 “Əl-Şəbab” üzvü öldürülüb

image-el-sebabbackend

Somalinin Muduq bölgəsində həyata keçirilən hərbi əməliyyatda “Əş-Şəbab” terror təşkilatının 70 üzvü zərərsizləşdirilib.

Busaat.az xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb.

Bildirilib ki, həftəsonu Somali Milli Ordusu yerli polislərin dəstəyi ilə Muduq bölgəsinin Aad qəsəbəsində hərbi əməliyyat keçirib. Prossesdə ən azı 70 “Əl-Şəbab” üzvü öldürülüb.

Somali İnformasiya Nazirinin müavini Əbdirəhman Yusuf Əl Adala mətbuata verdiyi açıqlamada Aad qəsəbəsində “Əl-Şəbab” üzvü terrorçuların yerləşdirildiyi düşərgələrdə əməliyyat keçirildiyini və çoxlu sayda təşkilat liderinin öldürüldüyünü bildirib.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki