SON DƏQİQƏ! Azərbaycanda meşə ərazisində yanğın başladı – Əraziyə 2 helikopter cəlb edildi

SON DƏQİQƏ! Azərbaycanda meşə ərazisində yanğın başladı – Əraziyə 2 helikopter cəlb edildibackend

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Ağsu rayonunda Ağsu aşırımı ərazisində yanğın baş verməsi barədə məlumat daxil olub.

Nazirlikdən Busaat.az-a verilən məlumata görə, FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri, Aviasiya dəstəsinin 2 ədəd helikopteri və Mülkü müdafiə qoşunlarının şəxsi heyəti yanğınsöndürmə işlərinə cəlb edilib.

Hazırda yanğının söndürülməsi istiqamətində təcili və təxirəsalınmaz tədbirlər davam etdirilir.

***

Ağsu rayonunda meşə ərazisində yanğın başlayıb.

Busaat.az verir ki, yanğın Ağsu dolayları və Ağsu çayının sol sahilində müşahidə olunur.

Hadisə yerinə yanğınsöndürənlər cəlb olunub.

Hazırda yanğının söndürülüməsi və genişlənməsinin qaşısını almaq istiqamətində işlər davam etdirilir./Report/

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90