Sosial şəbəkə asılılığının FƏSADI: “Bu şəxslər intihar edə bilərlər”

image-vatsbackend

“Sosial şəbəkələrin yoxluğu depressiya və intihara gətirib çıxara bilir”.

Bu sözləri ötən gün sosial şəbəkələrin bir neçə saat işləməməsinin insanların psixoloji vəziyyətinə mümkün təsirlərini şərh edən psixoloq İlahə Dadaşova Busaat.az-a açıqlamasında deyib.

Psixoloq bildirib ki, bu hal əksər insanlarda narahatlıq yaratsa da, daha çox internet asılılığı olan insanlarda kəskin reaksiyalara yol açıb:

image-aztibb-az_dsc_8996_641

“Bəzi insanlar bu vəziyyəti  daxilən tənzimləyə bilsə də, əksər şəxslərdə təşviş, qorxu və narahatlıq kimi hallar özünü göstərməyə başladı.Günümüzdə bir çox insanda, xüsusən yeniyetmə və gənclərin internet asılılığı var. İnsan psixologiyası adaptasiya olunmaq xüsusiyyətinə malikdir. Sosial şəbəkələr uzun müddətdir ki, həyatımıza daxil olub və ondan hərtərəfli istifadə edilir. Ötən gün yaşanan məhdudiyyət fonunda bir çox insan alternativ yollar axtardı və  ya başqa işlərlə məşğul oldu.

Ümumiyyətlə, sosial şəbəkələrə məhdudiyyət həmişəlik olsa belə, insanlar buna zamanla adaptasiya olacaq. Çünki insanların hər situasiya üçün kompensasiya mexanizmi var. Ancaq internet asılılığı olan insanlar sosial şəbəkələrin bu cür ani yoxluğunda depressiya düşə və onun fonunda intihara əl ata bilərlər”.

Nərmin Kərim

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90