Sudanda gedən döyüşlərdə 180-dən çox adam ölüb

image-gettyimages-521156322backend

Sudan hərbçiləri ilə Çevik Dəstək Qüvvələri arasında toqquşmalar zamanı 180-dən çox adam ölüb, 1800-dən çox insan yaralanıb.

Busaat.az xəbər verir ki, bu barədə Əl-Cəzirə telekanalının BMT-nin ölkədəki xüsusi nümayəndəsinə istinadən verdiyi məlumatda bildirilib.

Nümayəndə Volker Perthes bildirib ki, BMT qarşı tərəfləri hərbi əməliyyatları dayandırmağa inandırmağa çalışır. Onun sözlərinə görə, BMT-nin baş katibi Antonio Quterreş Sudan ordusunun komandanı Əbdülfəttah əl-Burhan və Çevik Dəstək Qüvvələrinin rəhbəri Mohamed Hamdan Daqalo ilə əlaqə saxlayıb və onları döyüşlərə son qoymağa çağırıb.

“Döyüşən iki tərəf dərhal aralarında sülh üçün vasitəçilik istədikləri təəssüratı yaratmır”, – deyən BMT nümayəndəsi, tərəflərin bir-birini təslim olmağa çağırdığını bildirib.

O deyib ki, BMT çərşənbə axşamı atəşkəsi uzatmağa və daimi atəşkəsə nail olmağa çalışacaq.

Busaat.az

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90