“Şuşanın işğalını elan etməyimin xəcaləti indiyə qədər üstümdə idi”

“Şuşanın işğalını elan etməyimin xəcaləti indiyə qədər üstümdə idi”backend

Şuşanın işğalını 28 il əvvəl AzTV-nin efirində kədərlə açıqlayan Əməkdar artist Nailə İslamzadə bu dəfə qələbə xəbəri ilə tamaşaçı qarşısına çıxıb. 

Busaat.az xəbər verir ki, tanınmış aparıcı Ali Baş Komandan İlham Əliyevin çıxışından dərhal sonra İctimai TV-də şəhərin azadlığa qovuşduğunu elan edib.

N. İslamzadə bu barədə sosial şəbəkədə status yazaraq  illər əvvəl yaşadığı xəcalət hissini fəxarətlə dəyişdiyini bildirib:

“Düz 28 il 6 ay əvvəl Şuşamızın işğalı günü AzTV-də diktor olaraq növbədə və ekranda idim, o günün xəcaləti və kədəri indiyə qədər üstümdə idi. Bu gün o xəcalət hissini fəxarət hissinə dəyişə bildiyimə görə, Şuşanın işğaldan azad olunması xəbərini Ali Baş Komandandan sonra ilk olaraq efirdə səsləndirdiyimə görə çox xoşbəxtəm”.

 

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90