Tayvana silah satırlar, Çindən Rusiyaya silah verməməyi xahiş edirlər – Qin Qang

image-1384055backend

ABŞ Çindən Rusiyaya silah verməməyi tələb edir, eyni zamanda özü Tayvana silah verir.

Busaat.az xəbər verir ki, bu sözləri Çinin xarici işlər naziri Qin Qang deyib.

“Nəyə görə ABŞ Ukraynadan söhbət düşəndə ​​suverenlik və ərazi bütövlüyünə hörmət etməkdən danışır, amma Tayvan və Çindən söhbət gedəndə bizim suverenliyimizə, ərazi bütövlüyünə hörmət etməyi unudur? Niyə bu məsələ tək tərəflidir? Onlar Çindən Rusiyaya silah verməməyi xahiş edirlər, lakin uzun müddətdir ki, Tayvana silah satırlar”, – Qanq deyib.

Nazirin sözlərinə görə, Vaşinqton Çin-ABŞ münasibətlərinin əsasını təşkil edən Tayvan məsələsində Çinin suverenliyinə və ərazi bütövlüyünə hörmət etməlidir.

Busaat.az

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90