Tbilisidə saxlanılan bütün etirazçılar sərbəst buraxılıblar – RƏSMİ

image-gurcistan_ukrayna_gosteri_b1backend

Martın 7 və 8-də Tbilisidə keçirilən etiraz aksiyaları zamanı inzibati xətalara görə saxlanılan bütün etirazçılar sərbəst buraxılıb.

Busaat.az xəbər verir ki, bunu Gürcüstanın Daxili İşlər Nazirliyi cümə axşamı bildirib.

“Martın 7-də və 8-də parlamentə bitişik ərazidə keçirilən etiraz aksiyaları zamanı müxtəlif polis bölmələri tərəfindən İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq saxlanılan şəxslərin hamısı azadlığa buraxılıb. Saxlanılan şəxslərin bir qismi məhkəmə qarşısına çıxarılıb, qalanları isə həbs müddəti bitdikdən sonra azadlığa buraxılıb”, – nazirlikdən qeyd edilib.

Nazirlik əlavə edib ki, sözügedən şəxslərin saxlanılması üçün polisə qarşı zorakılığa görə cinayət məsuliyyətinə cəlb edilməli olan şəxslərin müəyyən edilməsi işləri davam etdirilir.

Qeyd edək ki, deputatlar “Xarici agentlər haqqında” qanun layihəsinin gürcü dilindəki variantını birinci oxunuşda qəbul etdikdən sonra martın 7-8-də Gürcüstanın paytaxtı Tbilisidə minlərlə etirazçı küçələrə çıxıb. Martın 9-da hakim partiya qanun layihəsini parlamentdən geri götürmək qərarına gəlib.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90