Tbilisidəki televiziya qülləsi Azərbaycan bayrağının rəngində – Fotobackend

Oktyabrın 18-də Gürcüstanın paytaxtı Tbilisinin əsas simvollarından biri olan televiziya qülləsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb.

Busaat.az xəbər verir ki, televiziya qülləsi 18 Oktyabr – Azərbaycanın Dövlət Müstəqilliyinin 29-cu ildönümü münasibətilə bəzədilib.

Axşam saatlarından etibarən teleqüllə göy, qırmızı və yaşıl rənglərdə işıq saçmağa başlayıb.