“Terrora qarşı olduqlarını deyən beynəlxalq təşkilatlar indi bizim yanımızda yer almalıdır” – Partiya sədribackend

 

“Artıq BMT və ATƏT-in Minsk Qrupu Ermənistanın Gəncəyə raket atəşini pisləməklə, qurudiplomatik bəyanat verməklə, öz işlərini bitmiş, missiyalarını yerinə yetirmiş hesab edə bilməzlər”.

Bu sözləri ötən gecə Gəncə şəhərinin növbəti dəfə ermənilər tərəfindən raket hücumuna məruz qalmasına toxunan Milli Həmrəylik Partiyasının (MHP) sədri
Əlisahib Hüseynov Busaat.az-a açıqlamasında deyib.

Partiya sədri vurğulayıb ki, Ermənistan bu hərəkəti ilə növbəti dəfə təkcə bizə yox, bütün dünyaya meydan oxudu və rəsmən terror dövləti olduğunu sübut etdi:

“Tarixi paytaxtımız olan Gəncə şəhəri növbəti dəfə vəhşicəsinə bombalandı, sakinləri yenə də açıq terrorla, vandalizmlə, soyqırımla üz-üzə qaldılar. Dinc vətəndaşlarımızdan ölənlər arasında körpələr də var. Müharibə zonasına heç bir aidiyyatı olmayan böyük bir şəhərin gecə
saatlarında operativ-taktiki raketlə vurulması sıradan bir teror hadisəsi deyil. Bu açıq-aşkar dövlət terrorudur. Biz uzun zaman idi ki, Ermənistanın dövlət terrorizmi ilə məşğul olmasını bütün beynəlxalq təşkilatların
diqqətinə çatdırmağa çalışırdıq. Lakin heç kim Azərbaycanın haqq səsini, “SOS!” siqnalını eşitmək istəmirdi. Budur, Ermənistanın hərbi-siyasi rəhbərliyi artıq üçüncü dəfə Gəncəni bu cür dağıdıcı şəkildə
bombalamaqla öz terorçu mahiyyətini, vandal xarakterini ortaya qoydu və nə beynəlxalq hüquqla, nədə ümumbəşəri dəyərlərlə hesablaşmadığını nümayişkaranə şəkildə göstərdi”.

Əlisahib Hüseynov vurğulayıb ki, işğalçı Ermənistanın avantürist hərbi-siyasi rəhbərliyinin barbarlığını durdurmaq üçün təcili hərəkətə keçməli, Nikol Paşinyan, David Tonoyan və Zöhrab Mnasakanyan “üçlüy”ünün beynəlxalq hüquq normaları əsasında cəzalandırılması üçün siyasi iradə nümayiş etdirməlidirlər:

“Bu qədər vəhşiliklərə,
ədalətsizliklərə məruz qalmış Azərbaycan xalqını sadəcə diplomatik terminlərdən ibarət bəyanatlar verməklə, ovutmaq olmaz. Dünyada sülhün, ədalətin bərqərar olması üçün məsuliyyət daşıyan beynəlxalq təşkilatlar bu insanlıq cinayətinə, bu soyqırıma seyrçi qalmamalıdır. Onlar Azərbaycan xalqının acılarına, müsibətlərinə həssaslıqla yanaşmalıdırlar.Hər zaman terrora qarşı olduqlarını deyən beynəlxalq təşkilatlar və dünya liderləri indi Azərbaycanın yanında yer almalı, ölkəmizin apardığı antiterror əməliyyatına dəstək verməlidirlər. Biz
dünyanın bütün sülhsevər qüvvələrini Ermənistanın faşist, terrorist əməllərinə son qoyulması üçün
antiterror birliyinin yaradılmasına çağırırıq”.

Gülay