Türkiyə Milli Müdafiə Nazirliyi: “Ermənistan tarixinə qara ləkə yapışdırmaqdadır” – VİDEO

Türkiyə Milli Müdafiə Nazirliyi: “Ermənistan tarixinə qara ləkə yapışdırmaqdadır” – VİDEObackend

Ermənistan silahlı qüvvələrinin Azərbaycanın mülki əhalisini hədəfə alması qardaş Türkiyə Milli Müdafiə Nazirliyi tərəfindən də şərh edilib.

Belə ki, nazirliyin rəsmi saytında bildirilib ki, mülki əhalini hədəfə almaqla bütün dünyanın gözü qarşısında müharibə cinayəti törədən Ermənistan, bununla öz tarixinə daha bir qara ləkə yapışdırmaqdadır:

“Ermənistan işğal etdiyi Dağlıq Qarabağı dərhal boşaltmalı və törətdiyi insanlıq cinayətlərinin hesabını verməlidir”.

Paylaşımda Ermənistan ordusunun Azərbaycanın dinc əhalisinə, mülki yaşayış məntəqələrinə və infrastrukturuna endirilmiş raket zərbələrinin görüntüləri də yer alıb.

 

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90