Türkiyə və Yunanıstan liderləri Ankarada görüşüb

image-66421c67d8aea66421c67d8aeb171560867966421c67d8ae866421c67d8ae9backend

Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis Türkiyəyə səfərə gəlib.

Busaat.az-ın Türkiyə müxbirinin verdiyi xəbərə görə, o, Ankarada Türkiyə dövlət başçısı Rəcəb Tayyib Ərdoğan tərəfindən qəbul edilib.

Görüş zamanı ikitərəfli münasibətlərin bütün aspektləri, eyni zamanda, bir sıra regional və beynəlxalq məsələlərin müzakirə edilməsi nəzərdə tutulub.

Görüşdən sonra iki liderin birgə mətbuat konfransı keçirəcəyi də gözlənilir.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki