Türkiyədə PKK ilə əlaqədə şübhəli bilinən 75 nəfər saxlanıldı

image-turkiye-daxili-isler-nazirliyibackend

Türkiyə təhlükəsizlik qüvvələri cümə günü ölkədə qanunsuz sayılan Kürdüstan Fəhlə Partiyası (PKK) ilə əlaqədə şübhəli bilinən 75 nəfəri saxlayıb.

Busaat.az xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Naziri Əli Yerlikaya rəsmi X sosial media platformasında bildirib.

“Qəhrəmanlar əməliyyatı çərçivəsində 11 əyalətdə terror təşkilatı ilə əlaqədə olmaqda şübhəli bilinən 75 nəfər saxlanılıb”, – məlumatda qeyd olunub.

Həbslər daha çox Türkiyənin cənub-şərqində cəmləşib.

Qeyd edək ki, oktyabrın 1-də Ankarada Türkiyə Daxili İşlər Nazirliyinin baş qərargah binası yaxınlığında törədilən terror aktından sonra “Heroes” əməliyyatı başlayıb. Oktyabrın 1-dən bəri PKK ilə əlaqədə şübhəli bilinən 1000-ə yaxın adam saxlanılıb.

Türkiyə hökuməti PKK-nı terror təşkilatı və Türkiyənin milli təhlükəsizliyinə əsas təhdid kimi tanıyıb. Qruplaşmaya qarşı 1987-ci ildən müharibə aparılır və qruplaşmaya qarşı əməliyyatlar həm Türkiyədə, həm də qonşu İraq və Suriyada aparılır. Türkiyə öz silahlı qüvvələrinin böyük kontingentini öz sərhədlərində yerləşdirir.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki