Türkiyədə zəlzələlər yarım milyona yaxın insanı evsiz qoyub – Ərdoğan

image-erdoganbackend

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan çərşənbə axşamı keçirdiyi mətbuat konfransında ölkənin cənub-şərqində baş verən dağıdıcı zəlzələlərdən əziyyət çəkən Kahramanmaraş vilayətində yarım milyona yaxın insanın evsiz qaldığını bildirib.

Busaat.az xəbər verir ki, Ərdoğan deyib:

“İnsanlarımızın mənzil tələbatını ödəmək üçün çadır şəhərcikləri və konteyner şəhərləri qurmağa davam edirik. Hazırda bütün Kahramanmaraşda çadırlarda, ictimai binalarda, yataqxanalarda, məktəblərdə və digər yerlərdə 461 min insanı sığınacaqla təmin edirik”.

Prezidentin sözlərinə görə, şəhərlərin abadlaşdırılması prosesi axtarış-xilasetmə işlərinin ardından sürətləndiriləcək. Ərdoğan hökumətin zəlzələdən zərər çəkmiş vilayətlərdə yaşayan insanlara bir il ərzində yeni mənzillər vermək planlarını təkrarlayıb.

Qeyd edək ki, fevralın 6-da Türkiyənin cənub-şərqində yerləşən Kahramanmaraş vilayətində bir-birindən doqquz saat fərqlə 7,7 və 7,6 bal gücündə güclü zəlzələlər baş verib. Zəlzələlər qonşu ölkələrdə də hiss olunub. Türkiyədə ölənlərin sayı 44 min nəfəri ötüb.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki