Ukrayna böhranının diplomatik yolla həlli Avropanın maraqlarına uyğundur

image-617b606eae5ac94f16383b05_600backend

Ukraynadakı münaqişənin siyasi yolla həlli Avropanın maraqlarına uyğundur.

Busaat.az xəbər verir ki, bunu Çin prezidenti Si Tsipin Pekində Avropa Şurasının sədri Şarl Mişel ilə görüşündə deyib.

“Ukrayna böhranının siyasi yolla həlli Avropanın və bütün Avrasiya ölkələrinin maraqlarına cavab verir” – deyə, Çin lideri qeyd edib.

Qeyd edək ki, Oktyabrın sonunda Mişel Radio France Inter-ə müsahibə verib. Diplomat müsahibəsində bildirib ki, Ukrayna Rusiya ilə danışıqlara nə vaxt hazır olacağına özü qərar verməlidir. O, həmçinin qeyd edib ki, Brüssel Kiyevi maliyyə, hərbi və siyasi cəhətdən dəstəkləməyə davam edəcək.
Ukraynadakı münaqişə fonunda Pekin balanslı mövqe sərgiləyib. Bir sıra Qərb ölkələrinin çağırışlarına baxmayaraq, Çin Rusiyanı qınamayıb. Pekin dəfələrlə Çin və Rusiya Federasiyasının uzunmüddətli perspektivdə sabit və ahəngdar ikitərəfli münasibətləri inkişaf etdirdiyini bəyan edib. Eyni zamanda, Çin Xarici İşlər Nazirliyi Ukraynadakı vəziyyəti şərh edərkən qeyd edib ki, Pekin bütün ölkələrin ərazi bütövlüyü və suverenliyinə hörmətlə yanaşır. Diplomatlar Çinin sülh danışıqlarını təşviq etmək üçün bütün səyləri dəstəklədiyini əlavə ediblər.

Şarl Mişel dekabrın 1-də Pekinə səfər edib. Onun Çin Xalq Respublikasının Baş naziri Li Keqiang və Ümumçin Xalq Nümayəndələri Yığıncağının Daimi Komitəsinin sədri Li Zhanshu ilə də görüşləri gözlənilir.

Busaat.az

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90