Ukrayna heç vaxt xarabalığa çevrilməyəcək – Zelenski

image-zelenskibackend

Rusiyan Ukraynaya qarşı intensiv hücumlarını davam etdirir, lakin Ukrayna heç vaxt xarabalığa çevrilməyəcək.

Busaat.az xəbər verir ki, bu barədə Ukrayna prezidenti Volodimir Zelenski gecə saatlarında sosial media hesabından paylaşdığı video müraciətində

Rusiya ilə Ukrayna arasında davam edən müharibə ilə bağlı son hadisələri dəyərləndirib.

Zelenski Rusiya ordusunun Ukraynanın müxtəlif bölgələrinə qarşı hücumlarını davam etdirdiyini qeyd edib: “Cəmi bir həftə ərzində düşmən bizim Xerson bölgəsində 30 yaşayış məntəqəsini 258 dəfə atəşə tutub. Rusiya ordusu Nikoloyevdə su xidməti verən nasos stansiyasına da ziyan vurub”.
Dünyanın humanitar yardıma ehtiyacı olan ölkələrinə taxıl məhsullarını çatdırmaq üçün Ukraynada taxıl təşəbbüsü platforması qurduqlarını xatırladan Zelenski, bu mövzuda Türkiyə, ABŞ, Koreya, Yaponiya, bəzi Avropa İttifaqı (Aİ) ölkələri, NATO və Birləşmiş Millətlər Təşkilatı (BMT) da daxil olmaqla adı çəkilən ölkələrdən dəstək aldıqlarını xatırladıb.

Busaat.az

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90