Moskvanın xüsusi hərbi əməliyyatı 2024-cü ildə başa çatacaq və düşmən sonun yaxınlaşdığını hiss edəcək.
Busaat.az xəbər verir ki, bunu Rusiya Silahlı Qüvvələrinin Baş Hərbi-Siyasi İdarəsinin rəis müavini, “Axmat” xüsusi təyinatlı komando bölməsinin komandiri, general-mayor Aptı Alaudinov bildirib.
O qeyd edib ki, biz bu il xüsusi hərbi əməliyyatı başa çatdırmaq niyyətindəyik:
“Mən tam əminəm ki, biz bunu bu payızda bitirəcəyik. Mən bunu 2022, 2023 və 2024-cü illərdə demişəm. Düşmənimiz bunu artıq hiss edir”, – Alaudinov bildirib.
Onun sözlərinə görə, Kiyev rəsmiləri müharibənin başa çatmaq üzrə olduğunu anlayıblar.