Məzmuna keç
  • Brent neft95.84 $▲0.22%
  • WTI neft88.56 $▲0.35%
  • Avropa qazı (TTF)90.95 €▼2.93%
  • Təbii qaz (ABŞ)3.230 $▼3.06%
  • Qızıl3 886 $▼0.79%
  • Gümüş49.12 $▼2.24%
  • Pambıq78.68 ¢▲0.18%
  • Buğda593.25 ¢▲0.34%
  • Bitcoin64 662 $▲0.86%
  • Ethereum1 813 $▲2.53%
  • S&P 5007 562▼0.40%
11°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
Dünya

Ukraynanın NATO-ya qoşulmasının vaxtı deyil – Bloomberg

image-ukraine-nato-flags-2_rdax_775x440s
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

NATO-ya üzv ölkələrin xarici işlər nazirləri Buxarestdə keçiriləcək görüşdə blokun qapılarının açıq qaldığını, lakin indi Ukraynanın qoşulmasının vaxtı olmadığını təkrarlayacaqlar.

Busaat.az xəbər verir ki, bu barədə Bloomberg adını çəkmədiyi mənbələrə istinadən məlumat yayıb.

Bloomberg-ə görə mənbələr qeyd edib: “Bəzi müttəfiqlər Kiyevə üzvlük üçün birbaşa yol verməyə çalışırlar, lakin yekun konsensus yoxdur. Qarşılığında bütün üzvlər razılaşırlar ki, hazırda diqqət Ukraynanın müharibədə qalib gəlməsinə kömək etməyə yönəlməlidir”.

Bloomberg iddia edib ki, görüşdə Ukraynanın NATO-ya üzvlüyü ilə bağlı birmənalı irəliləyiş olmayacaq, çünki müttəfiqlər Ukraynanın yenilənmiş müraciətinə ehtiyatla yanaşıblar. Ona görə ki, Ukraynanı NATO-ya üzv seçmək bloku Rusiya ilə birbaşa münaqişəyə sürükləyə bilər.

Avropa Birliyinin daxili bazar üzrə komissarı Thierry Breton oktyabr ayında Ukraynadakı hərbi fəaliyyətlər fonunda Kiyevin NATO-ya üzv ola bilməyəcəyini açıq şəkildə söyləyib.

Qeyd edək ki, Ukrayna prezidenti Volodimir Zelenski sentyabrın sonunda NATO-ya üzvlüklə bağlı iddialı olduğunu açıqlayıb. Bununla belə, jurnalistlərə açıqlama verən NATO-nun Baş katibi Yens Stoltenberq blokun təklifi nəzərdən keçirməyə hazır olub-olmaması ilə bağlı birbaşa suala cavab verməkdən imtina edib.

Busaat.az

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=92263