Novruz bayramı Azərbaycan xalqının çoxçalarlıincəsənətin güzgüsüdür, habelə milli mədəniyyətimizdəsülh, mehriban qonşuluq və tolerantlıq kimi ümumbəşəridəyərlərə sadiqliyinin tarixi təcəssümüdür. Milli ruhumuzuvə yaddaşımızı bütün zənginliyi ilə özündə əks etdirənNovruz xalqımızın mədəniyyətini, milli-mənəvi dəyərləriniözündə əks etdirən, dünyaya tanıtdıran qədim elbayramıdır. Xalqımızın mənəvi dünyasını, milli düşüncətərzini, məfkurəsini, qədim mifik görüşlərini, folklorunu, milli varlığını bütün zənginliyi ilə özündə ifadə edənNovruz bayramı Azərbaycanda hər il möhtəşəm şəkildəqeyd edilir. Novruz hələ qədim zamanlardan xalqımıztərəfindən yüksək səviyyədə qeyd olunmuş, təbiətinoyanışı ilə ürəklərdə saf niyyətlərin, xoş arzularınyarandığı bayram, insanla təbiətin bütövləşməsi, harmoniyası sayılmışdır. Əsrlərin sınağından çıxmışmənəvi dəyərlərimizi, adət-ənənələrimizi özündə yaşadanNovruz insanlar arasında birlik və mehribanlığınmöhkəmləndirilməsi, onların bir-birinə mərhəmət və diqqətgöstərməsi kimi sağlam təməllər yaratmışdır. Tarix boyuzəhmət və halallıqla yaşayan xalqımız Novruzun gəlişiniruzi-bərəkət qapısının açılması kimi intizarla gözləmiş, bütün cismi və ruhu ilə onun həsrətində olmuşdur.
Tarix boyu heç bir qüvvə Novruz bayramını insanlarımızınqəlbindən çıxara bilməmişdir. Azərbaycan xalqı ötənəsrlərin bütün ağır sınaqları içində milli bayramlarını, o cümlədən Novruz adət və ənənələrini də qorumuş, onuəsrlərin sınağından keçirərək bu günümüzə qədərlayiqincə yaşatmışdır.
Novruzun təntənəli milli bayram kimi qeyd edilməsiAzərbaycanın Dövlət Müstəqilliyinin xalqımıza verdiyibəhrələrdən biridir. Ümummilli Liderimiz Heydər Əliyevinrəhbərliyi sayəsində tarixi kökümüzə qayıdışın təzahürü, mədəniyyətimizin zəngin xəzinəsi olan Novruz bayramıson illər təqvimimizə Azərbaycan Respublikasının rəsmibayramlarından biri kimi həmişəlik düşmüşdür.
Nəsimi rayon könüllüsü