Vaşinqtonda Ermənistan-Azərbaycan danışıqlarının cümə axşamı yekunlaşacağı gözlənilir

image-default-57backend

Vaşinqtonda Ermənistan-Azərbaycan müzakirələri bu gün də davam edib.

Busaat.az xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Ani Badalyan Ermənistanın NEWS.am portalına bildirib.

Badalyan əlavə edib ki, ilkin plana əsasən, bu müzakirələrin sonuncu günü cümə axşamıdır və XİN gündəliyi daha sonra açıqlayacaq.

Qeyd edək ki, bazar ertəsi ABŞ-nin paytaxtı Vaşinqtonda Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan, ABŞ dövlət katibi Antoni Blinken və Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov arasında görüş keçirilib.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90