“Vətəndaş pensiyasının kəsiləcəyini əvvəlcədən bilməlidir” – Deputat

image-pensiyabackend

“Əlilliklə bağlı proqram elə qurulmalıdır ki, onun vaxtının bitməsinə bir müddət qalmış həmin şəxsə məlumat verilsin”.

Busaat.az xəbər verir ki, bunu deputat Aydın Mirzəzadə “Əmək pensiyaları haqqında” qanun layihəsinin müzakirəsində çıxış edərkən deyib.

Deputat qeyd edib ki, vətəndaş əvvəlcədən onun pensiyasının kəsiləcəyini bilməlidir: “Elə proqram qurulsun ki, vətəndaş hansısa elektron formada məlumat alsın. Yoxsa əlillik bitir, həmin şəxs bir neçə ay pensiya almır. O cümlədən bəzi şəxslərdə məlum olur ki, o saxta əlillik qazanıb. Bütün hallarda bu məsələ nəzərə alınmalıdır. Məşğulluq marafonuna onlar da qoşulmalıdır”.

Spiker Sahibə Qafarova isə çıxışa belə reaksiya verib: “Əgər şəxs saxta əlildirsə, ona bir neçə ay necə pensiya vermək olar?!”

***

Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev A. Mirzəzadənin təklifinə cavab verib: “Əlillik məsələsi statistik məsələ deyil, bu, dinamik prosesdir. Şəxs ildə bir, ya iki dəfə həkimin yanına getməlidir. Çünki xəstə insanlar ayda bir neçə dəfə həkimə müraciət edirlər. Onlar stasionar müalicə alır və əlillik üçün yenidən müraciət edirlər”.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90