Xankəndiyə də səfərlər təşkil ediləcək? – Rəsmi AÇIQLAMA

image-1698391010_xankendi-albackend

44 günlük Vətən müharibəsindən sonra Azərbaycan Yürüstü Nəqliyyat Agentliyi (AYNA) “Yolumuz Qarabağa” layihəsi çərçivəsində Şuşa və Füzuliyə səfərlər təşkil etməyə başlayıb. Dünənə qədər 18 yaşı tamam olmuş istənilən Azərbaycan vətəndaşı “Yolumuz Qarabağa” portalında qeydiyyatdan qeydiyyatdan keçərək, təyin olunmuş istiqamətlər üzrə bilet ala bilərdi. Oktyabrın 26-dan etibarən isə yaş məhdudiyyəti ləğv edilib.

Hazırda Bakı-Şuşa, Bakı-Ağdam, Bərdə-Ağdam, Əhmədbəyli (Füzuli)-Şuşa, Tərtər şəhəri-Talış kəndi, Horadiz (Füzuli)-Ağalı (Zəngilan) istiqamətlərdə avtobus marşrutları fəaliyyət göstərir.

19-20 sentyabrda keçirilmiş lokal xarakterli antiterror tədbirləri zamanı nəzarətimizə keçən ərazilərə, eləcə də Qarabağın digər bölgələrinə də səfərlərin təşkil edilməsinin planlaşdırılıb-planlaşdırılmadığı da maraqlıdır.

BUSAAT.az xəbər verir ki, Modern.az məsələ ilə əlaqədar Azərbaycan Yürüstü Nəqliyyat Agentliyinə (AYNA) müraciət edib.

Qurumun mətbuat xidmətinin başçısı Tural Orucov saytımıza açıqlamasında bildirib ki, işğaldan azad edilmiş ərazilərə sərnişindaşıma fəaliyyətinin genişləndirilməsi və müxtəlif istiqamətlərdən yeni avtobus marşrutlarının açılması tələbatla yanaşı mövcud infrastruktur nəzərə alınmaqla tənzimlənir:

O qeyd edib ki, marşrutlar tələbata və hazır olan yol infrastrukturuna uyğun olaraq təşkil edilir.

“İşğaldan azad olunmuş ərazilərə səfər zamanı həm sərnişinlərin, həm də ümumilikdə hərəkətin təhlükəsizliyi təmin edilməlidir. İşğaldan azad olunmuş digər ərazilərdə təhlillər aparılır”, – Tural Orucov qeyd edib.

Xatırladaq ki, Bakı-Şuşa-Bakı marşrutunun birtərəfli qiyməti 10.40 manat, Bakı-Ağdam-Bakı marşrutunun birtərəfli qiyməti 9.40 manat təşkil edir.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90