XI Qlobal Bakı Forumu dünya mediasının diqqət mərkəzində olub

image-65f2a411d6e5a65f2a411d6e5b171040052965f2a411d6e5865f2a411d6e59backend

Rusiyanın “NeZs.ru” nəşri Prezident İlham Əliyevin Fransanın Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsinə qeyri-adekvat reaksiyasını pisləməsindən yazıb. Sayt dövlətimizin başçısına istinadla qeyd edib: “Burada beynəlxalq reaksiya haqqında danışarkən mən bir ölkənin mövqeyini təəssüflə qeyd etməliyəm. Bu mövqe beynəlxalq ictimaiyyətin yanaşması ilə ziddiyyət təşkil edir. Bu ölkə Fransadır”. TASS, “RBK” agentlikləri, “Arqumentı i faktı”, “/enta.ru”, “Qazeta.ru” və digər nəşrlər Azərbaycan Prezidentinin çıxışında sülhə çağırışların olmasından yazıblar. Dövlətimizin başçısının forumun açılış mərasimindəki çıxışı İran mətbuatının da diqqət mərkəzində olub. Bu ölkənin “Tasnim”, İSNA, “Hayat”, “Donya-e-eqtesad”. “ShahrarneZs” saytlarında yayımlanan materiallarda Azərbaycan Prezidentinin regionda sülh və sabitliyin yaradılması istiqamətində iş apardığı qeyd olunur. Prezident İlham Əliyevin çıxışı Ukraynanın kütləvi informasiya vasitələrində geniş işıqlandırılıb. “TCN.ua”, “Antikor”, “Yevropeyska Pravda”, “Kurs Ukraini”, “Pravda”, “Ren.tv”, “Ukr.net” və digər xəbər saytlarında dərc olunan məqalələrdə dövlətimizin başçısının forumun açılışındakı çıxışında Ermənistanla sülh danışıqlarına dair fikirləri yer alıb. Türkiyə mediasında da Prezident İlham Əliyevin forumun açılış mərasimində söylədiyi fikirlərə geniş yer verilib. Anadolu Agentliyi, “TRT”, “Hürriyet”, “Haber Türk”, “Haber Global”, “Sondakika.com”, “Akşam” və bir sıra digər media qurumları dövlətimizin başçısının fikirləri əsasında informasiyalar hazırlayıblar. “Hürriyet” qəzetində, “Haber Türk”, “Haber Global”, “Sondakika.com”, “Akşam” saytlarında dərc olunan yazılarda dövlətimizin başçısının İkinci Qarabağ müharibəsi, bu dövrə qədər uzun illər davam edən danışıqlar prosesi, antiterror tədbirləri, Azərbaycan torpaqlarının uzun illər işğal altında qalması, bölgədə tarixi ədalətin bərpası, Fransada Natəvanın heykəlinə qarşı törədilmiş vandalizm aktı ilə bağlı fikirlər yer alıb. Prezident İlham Əliyevin forumun açılış mərasimindəki çıxışı, həmçinin Gürcüstanın aparıcı informasiya portallarının, radio və televiziyalarının diqqət mərkəzində olub.

İradə Hüseynova,
Nəsimi rayon Təhsil işçisi

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90