
“Yeni silahlar o əraziləri geri qaytarmağa imkan yaradacaq” - Aleksey Reznikov
“Yeni silahlar Ukraynaya Krım da daxil olmaqla işğal olunmuş əraziləri geri qaytarmağa imkan yaradacaq”.
Busaat.az CNN-ə istinadən xəbər verir ki, bu barədə Ukraynanın müdafiə naziri Aleksey Reznikov müsahibəsində bildirib.
“Krım Ukrayna üçün strateji obyektdir, çünki o, Ukrayna ərazisidir”, – deyə Reznikov əlavə edib.
Müdafiə naziri, həmçinin bildirib ki, Rusiya qüvvələrinə qarşı növbəti itkilərin qarşısını almaq üçün ilk addım vəziyyətin sabitləşdirilməsi olacaq.





















