Zelenski Moskva ilə danışıqların bərpası üçün şərtlərini açıqladı

image-zelenskibackend

“Ukrayna bütün əraziləri azad etdikdən sonra Rusiya ilə danışıqlara qayıdacaq”.

Busaat.az  xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Yaponiya televiziyasına müsahibəsində deyib.

“Dünya əvvəlcə Ukraynanın Rusiya işğalına yalnız üç gün davam gətirə biləcəyini düşünürdü. Ancaq dünyanı təəccübləndirən odur ki, biz üç gün deyil, 30 gün deyil, artıq üç ay döyüşmüşük”, – o qeyd edib.

Zelenski bildirib ki, bütün ukraynalılar üçün qələbə Donbas bölgəsi və Krım yarımadası da daxil olmaqla, ərazilərini azad etməkdir:

“Amma ilk növbədə, biz ərazimizi fevralın 24-dən əvvəlki vəziyyətinə qaytarmaq üçün mübarizə aparırıq. Sonra bu müharibəyə son qoymaq üçün Rusiya ilə danışıqlar masasına oturacağıq”.

Zelenski qeyd edib ki, Qara dəniz və Azov dənizi boyunca regionlara nəzarəti bərpa etmək yaxınlaşan qlobal ərzaq böhranının qarşısını almağa kömək edəcək.

Onun sözlərinə görə, Ukrayna qıtlığı azaltmaq üçün buğda və qarğıdalıları Avropa, Asiya və Afrikaya göndərə biləcək.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90