Zelenski Türkiyəyə başsağlığı mesajı ünvanlayıb

image-zelenskibackend

 Ukrayna prezidenti Volodimir Zelenski Bartının Amasra mahalındakı mədən ocağında baş verən partlayış nəticəsində həyatını itirənlərlə bağlı Türkiyəyə başsağlığı mesajı ünvanlayıb.

Busaat.az xəbər verir ki, bu barədə Ukrayna prezidenti rəsmi Twitter hesabında paylaşım edib.

“Bartının Amasra mahalında mədən partlayışının meydana gəlməsi xəbərini dərin üzüntü ilə öyrəndim. Həyatını itirənlərin qohumlarına və yaxınlarına başsağlığı verir, yaralılara  şəfa diləyirəm” –deyə, paylaşımda qeyd olunub.

Busaat.az

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90