Məzmuna keç
  • Gümüş41.07 $▼0.70%
  • Pambıq79.30 ¢▼0.86%
  • Buğda592.00 ¢▼0.04%
  • Bitcoin57 809 $▼1.71%
  • Ethereum1 639 $▲1.20%
  • S&P 5006 910▼3.72%
  • Azeri Light98.41 $▲0.00%
  • Brent neft89.95 $▼0.11%
  • WTI neft83.41 $▲0.51%
  • Avropa qazı (TTF)88.45 €▲4.74%
  • Təbii qaz (ABŞ)3.748 $▲16.00%
  • Qızıl3 515 $▼0.50%
10°Bakı
  • USD1.7000
  • EUR1.8652▲0.0021
  • 100 RUB2.0757▲0.0195
  • GBP2.2298▲0.0027
  • TRY0.0335
  • AED0.4628
  • CNY0.2551
  • GEL0.6576▲0.0004
  • 100 KZT0.3715▼0.0006
  • UAH0.0377▲0.0001
  • 100 JPY1.0672▼0.0008
  • CHF2.0375▼0.0054
  • USD1.7000
  • EUR1.8652▲0.0021
  • 100 RUB2.0757▲0.0195
  • GBP2.2298▲0.0027
  • TRY0.0335
  • AED0.4628
  • CNY0.2551
  • GEL0.6576▲0.0004
  • 100 KZT0.3715▼0.0006
  • UAH0.0377▲0.0001
  • 100 JPY1.0672▼0.0008
  • CHF2.0375▼0.0054
  • USD1.7000
  • EUR1.8652▲0.0021
  • 100 RUB2.0757▲0.0195
  • GBP2.2298▲0.0027
  • TRY0.0335
  • AED0.4628
  • CNY0.2551
  • GEL0.6576▲0.0004
  • 100 KZT0.3715▼0.0006
  • UAH0.0377▲0.0001
  • 100 JPY1.0672▼0.0008
  • CHF2.0375▼0.0054
  • USD1.7000
  • EUR1.8652▲0.0021
  • 100 RUB2.0757▲0.0195
  • GBP2.2298▲0.0027
  • TRY0.0335
  • AED0.4628
  • CNY0.2551
  • GEL0.6576▲0.0004
  • 100 KZT0.3715▼0.0006
  • UAH0.0377▲0.0001
  • 100 JPY1.0672▼0.0008
  • CHF2.0375▼0.0054
Siyasət

"Zəngəzur dəhlizi Ermənistan-Azərbaycan sülhü üçün mühüm vasitə ola bilər"

"Zəngəzur dəhlizi Ermənistan-Azərbaycan sülhü üçün mühüm vasitə ola bilər"
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol
Zəngəzur dəhlizi Ermənistanla Azərbaycan arasında etimadın möhkəmləndirilməsi və sülhün qurulması üçün mühüm vasitə ola bilər. "Report" xəbər verir ki, bunu III Antalya Diplomatiya Forumu çərçivəsində keçirilən panel müzakirəsi zamanı Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi, səfir Elçin Əmirbəyov deyib. “Avrasiyada əməkdaşlığın yeni dinamikası” sessiyasında çıxış edən E.Əmirbəyov bildirib ki, post-münaqişə şəraitində ölkələr arasında nəqliyyat əlaqələrinin bərpası sırf iqtisadi səmərə ilə yanaşı, həm də mühüm etimad quruculuğu rolunu oynaya və sülh yaratmaq üçün effektiv alət ola bilər: “Bunun bariz nümunəsi Zəngəzur dəhlizi layihəsidir ki, bu, həm Ermənistanla Azərbaycan arasında birbaşa nəqliyyat əlaqələri yarada, həm də Ermənistanın regionda iqtisadi təcridinə son qoya bilər. Həmçinin bu layihənin həyata keçirilməsi bölgədəki digər ölkələrin, ilk növbədə Türkiyə, Rusiya və İranın maraqlarına tam cavab verir və fayda gətirəcək. Bundan əlavə, Zəngəzur dəhlizi artıq mövcud olan Orta Dəhlizə (Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu) alternativ marşrut ola bilər, Çini Mərkəzi Asiya və Cənubi Qafqaz vasitəsilə Azərbaycan və Gürcüstan ərazisi ilə Avropa ilə birləşdirə bilər". “Ümid edirik ki, üç ildən artıqdır ki, öhdəliklərini yerinə yetirməkdən yayınan və faktiki olaraq Zəngəzur vasitəsilə nəqliyyat əlaqələrinin bərpasına mane olan İrəvan nəhayət, bu layihənin Ermənistan üçün tam faydasını dərk edəcək. Əks halda, arzu edilən “yolayrıcının” regional dalana dirənməsi riski var”, - E.Əmirbəyov əlavə edib.
MüəllifBusaat.az

Xəbəri paylaş

busaat.az/?p=65328