“Zəngəzur dəhlizi” niyə sonraya saxlanıldı? – AÇIQLAMA

image-21backend

“Zəngəzur dəhlizi və kommunikasiya məsələlərinin sülh sazişindən çıxarılması, sonraya saxlanılması sənədin imzalanmasının önünü açmaq üçündür”.

Bunu Busaat.az-a açıqlamasında politoloq Natiq Miri deyib.

Ekspert bildirib ki, yoxsa Azərbaycan belə bir məsələdə İrəvanla razılaşmazdı:

“Bu məsələ kimin üçün əngəlliyici amil hesab olunur? Əlbəttə ki, Ermənistan üçün. Çünki indiki vəziyyətdə sərhədlərin müəyyənləşməsi, kəndlərin qaytarılması kimi anti-Paşinyan əleyhinə istifadə olunan arqumentlər var. Onların üzərinə payızda ehtimal edilən etiraz aksiyalarını və Zəngəzur dəhlizini də əlavə etsək, bunlar Paşinyan üçün ciddi başağrısına çevrilə bilər. O baxımdan dəhliz və kommunikasiya məsələsinin sonrakı mərhələyə saxlanılması qərarı doğru və anlaşılandır”.

Həmsöhbətimiz vurğulayıb ki, bu və ya digər formada Azərbaycan və Ermənistan arasında danışıqlar davam etdirilir:

“Doğrudur, ictimaiyyət bunu görmür. Ancaq ikitərəfli kanallar açıqdır və sülh müzakirələri aparılmaqdadır”.

Natiq Miri: İkitərəfli kanallar açıqdır və sülh müzakirələri aparılmaqdadır

Onun sözlərinə görə, məzh bu danışıqların nəticə olaraq Zəngəzur dəhlizi və kommunikasiya məsələləri sülh sazişindən çıxarılıb. Müsahibimizə görə, bu o deməkdir ki, bütün əngəlləri tədricən aradan qaldırmaqla sülh sazişinin imzalanmasının önü açılır. N.Miri hesab edir ki, əslində Qərbin, ABŞ-nin istəyi də bundan ibarətdir:

“Çünki Bayden Administrasiyasının prezident seçkisinədək həm Azərbaycan-Ermənistan münaqişəsində, həm də İsrail-İran müharibəsində kiçik də olsa siyasi uğura ehtiyacı var. Vaşinqtonun sülhə bağlı çağırışlarının da məqsədi budur”.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki