Zurabişvili: Aİ-nin bu addımı hökumətin anti-Avropa siyasətinə cavabdır

image-53backend

Gürcüstan Prezidenti Salome Zurabişvili Gürcüstanın Avropa İttifaqına (Aİ) inteqrasiya prosesinin və 30 milyon avroluq maliyyə yardımının dayandırılmasını şərh edib.

Busaat.az xəbər verir ki, Prezident qeyd edib ki, Aİ-nın atdığı addım hökumətin anti-Avropa və anti-Qərb ritorikasına və hərəkətlərinə, hakim partiyanın yarıtmaz və düşmənçilik siyasətinə cavabdır.

Qeyd edək ki, Aİ Gürcüstanın ittifaqa inteqrasiya prosesini və Müdafiə Nazirliyinə 30 milyon avro ayrılmasını dayandırıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki