10 ildən sonra Suriya və Səudiyyə Ərəbistanı GÖRÜŞÜ

image-omrp7nh1backend

Səudiyyə Ərəbistanının xarici işlər naziri Feysəl bin Ferhan Suriyada vətəndaş müharibəsindən sonra Dəməşqə ilk səfəri zamanı Suriya prezidenti Bəşər Əsədlə görüşüb. Əsəd Suriyada vətəndaş müharibəsi başlayandan bəri bölgədə siyasi cəhətdən təcrid olunub, lakin Səudiyyə Ərəbistanı və Dəməşqin müttəfiqi İranın əlaqələri bərpa etmək qərarına gəlməsindən sonra regional münasibətlərin dəyişməsi ilə ötən həftə iki ölkə arasında bəzi diplomatik fəallıq müşahidə olunub.

Belə ki, Suriya prezidenti Bəşər Əsəd Dəməşqdə Səudiyyə Ərəbistanının xarici işlər naziri Ferhan ilə görüşüb və iki ölkə arasında on ildən artıqdır davam edən diplomatik soyuqluğa son qoyub.

“Prezident Bəşər Əsəd Səudiyyə Ərəbistanının xarici işlər naziri Feysəl bin Ferhan ilə görüşüb”, – Suriyanın rəsmi xəbər agentliyi SANA bildirib.

Ferhanın səfəri Suriyanın xarici işlər naziri Feysəlin Səudiyyə Ərəbistanına səfərindən bir həftə keçməmiş baş tutub.

Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirliyindən verilən açıqlamada Suriyada böhrana son qoymaq səylərində ərəblərin liderlik rolunda olmasının vacibliyi vurğulanıb.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90