18 milyon dollar qazanan 6 yaşlı yutub fenomenibackend

Rusiyalı 6 yaşlı yutub fenomeni Anastasiya Radzinskaya Forbes jurnalının təqdim etdiyi “2020-ci ildə ən çox qazanan “YouTube” ulduzları onluğuna daxil edilib.

“Qafqazinfo” xəbər verir ki, altı yaşlı blogger ardıcıl ikinci il yeddinci yerdə qərarlaşıb. Qəzetin təxminlərinə görə, 6 yaşlı videobloqqer bir ildə 18,5 milyon dollar qazanıb. “Videolar rəngarəng, aydın ifadəlidir və mürəkkəb dil ehtiva etmir, bu da onları dünya üzrə azyaşlı auditoriya üçün ideal hala gətirir” – nəşrin məqaləsində qeyd olunub.”Like Nastya” kanallarına ümumilikdə 190,6 milyon insanın abunə olduğu və baxış sayının 39 milyardı keçdiyi bildirilir. Bundan əlavə, videobloqqerin “TikTok” sosial şəbəkəsində isə təqribən üç milyon izləyicisi var. Radzinskaya videolarında gündəlik fəaliyyətlə məşğul olur, ailəsi ilə oyunlar oynayır və səyahət edir.

Siyahıda ilk yeri, bir il əvvəl olduğu kimi bu il də, 9 yaşlı yutuber Rayan Kaci tutub. Onun üç yaşından bəri “YouTube”da videolar paylaşdığı bilirilir. Bu il “Forbes USA” onun gəlirlərini 29,5 milyon dollar olaraq qiymətləndirib. Rayanın 41,7 milyon abunəçisi olduğu, videolarının isə ümumilikdə 12,2 milyard baxış topladığı qeyd olunub. O kanalında uşaqlar üçün elmi təcrübələrin videoları, ailə videoları və yeni oyuncaqların icmalları paylaşır.

Qafqazinfo