ABŞ-dan gərginliyi artıracaq addım: 4 il sonra bir ilk

image-reygan-gemibackend

ABŞ və Cənubi Koreyanın Şimali Koreyaya göz dağı vermək üçün başlatdığı hərbi təlimin son zamanların ən böyük hərbi təlimi olacağı gözlənilir.

Busaat.az xəbər verir ki, ABŞ-ın ən böyük təyyarə gəmisi Ronald Reyqan 4 illik fasilədən sonra ilk dəfə Cənubi Koreyaya giriş edib.

Digər tərəfdən kəşfiyyat hesabatlarına görə Şimali Koreya 7-ci nüvə cəhdini reallaşdırmağı planlayır.

Şimali Koreya lideri Kim Çen İnin Cənubi Koreyaya qarşı nüvə silahı istifadə edəcəyi barədə xəbərdarlığı təlimin gərgin bir atmosferdə reallaşacağını ortaya çıxarıb.

Qeyd edək ki, Ronald Reyqan gəmisinin Koreya yarımadasına gəlişi ABŞ-ın bölgədəki strateji varlığını göstərməyə hesablanmış addım olaraq qiymətləndirilib.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90