ABŞ-nin xarici ticarət kəsiri aprel ayında 46% azalaraq 87,6 milyard dollar olub və 2023-cü ilin dekabrından bəri ən aşağı səviyyəyə çatıb.
Busaat.az Report.az-a istinadən xəbər verir ki, bu barədə ABŞ-nin Siyahıyaalma Bürosunun hesabatında bildirilib.
İdxal 19,8% azalaraq 276,1 milyard dollara düşüb, ixrac isə 3,4% artaraq 188,5 milyard dollara çatıb.
Aprel ayında ABŞ prezidenti Donald Tramp ölkənin bir çox ticarət tərəfdaşlarına böyük ticarət tarifləri tətbiq etsə də, sonradan onları qismən aradan qaldırıb.