ABŞ Türkiyəyə təşəkkür etdi

image-thumbs_b_c_1a2145d517b5a66425f778f92c1e2cbebackend

 ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays Rusiyanın Qara Dəniz Taxıl Təşəbbüsü sazişinə qayıtmasında oynadığı rola görə Türkiyəyə təşəkkür edib.

Busaat.az xəbər verir ki, gündəlik mətbuat konfransında sualları cavablandırarkən Prays, Rusiyanın Ukrayna taxıl məhsullarının dünyaya ixracını asanlaşdıran Qara Dəniz Taxıl Təşəbbüsü Sazişinə qayıtmasından məmnun olduğunu bildirib.

Bu müqavilə sayəsində indiyədək Ukraynadan 10 milyon ton taxıl ixrac edildiyini xatırladan sözçü müqaviləni dünya üçün vacib adlandırıb.

Taxıl daşımalarının bərpasında Türkiyənin roluna diqqət çəkən Prays qeyd edib: “Türk müttəfiqlərimizin səylərini dərindən qiymətləndiririk. Əslində mən Türkiyəyə və BMT Baş katibinə minnətdar olduğumuzu söylədim. Baş katib Quterreş bu müqaviləni hazırladı, lakin müqavilə, ilk növbədə Türkiyənin dəstəyi, daha sonra Ukrayna və nəhayət, Rusiyanın razılığı ilə formalaşdı. Baş katibə və Türkiyəyə bu razılaşmanı yenidən bərpa etmək üçün minnətdarıq”.

Busaat.az

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki