Abşeronda avtomat silah və patronlar aşkarlandı 

image-img_5830backend

Abşeron rayonunda silah-sursat aşkarlanıb.

Busaat.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

“Polis əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.

Keçirilən növbəti profilaktik tədbir nəticəsində 41 yaşlı kişi 1 avtomat silahı, 1 patron darağı və 15 patronu polisə könüllü təhvil verib. Araşdırma aparılır”, – məlumatda qeyd edilib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki