“Aksiya davam edəcək, sülhməramlılarla seperatçılar…” – EKSPERT RƏYİ

image-639866fccb908backend

“Proses məntiqi yekuna çatana qədər etiraz aksiyası davam edəcək”.

Bunu Qarabağda sülhnəramlılara qarşı baş verən aksiyanın müşahidəçisi politoloq Tural İsmayılov Busaat.az-a açıqlamasında deyib.

image-045dd2ac-6982-4a9b-9d3a-3237129edb31

O bildirib ki, Volkovun Azərbaycanlı etirazçılara verəcək cavabı yoxdur: “Sülhməramlılar 10 Noyabr bəyanatının imzalandığı gündən Azərbaycanın təbii sərvətlərinin qanunsuz istismarına göz yumub. Eyni zamanda separatçılar ermənilərin Azərbaycanda həyata keçirdiyi vandal hərəkətləri ilə bağlı səs çıxarmayıb”.

Politoloq Rusiya sülhməramlı kontingentinin rəhbəri Aleksandr Volkovun aksiya iştirakçılarının çağırışlarına məhəl qoymamasına münasibət bildirib: “Azərbaycan etirazçılarının qarşısına çıxmamaqla sülhməramlıların komandanı Volkov hörmətsizlik prosesini davam etdirir. Soyuq, gecə-gündüz demədən sülhməramlılarla üzbəüz dayanan Azərbaycanlı etirazçılar istəyinə nail olana qədər geri çəkilməyəcək. Hər birimiz Şuşa-Xankəndi yolunda sülhməramlılara qarşı etirazımızı səsləndirməyə davam edirik. Proses məntiqi yekuna çatana qədər etiraz aksiyası davam edəcək. Azərbaycan müşahidə missiyasının Qarabağda qarşısı alınmamalıdır. Sülhməramlılarla separatçılar əlbir olaraq vətəndaşlarımızın qarşısında durmamalıdır”.

Busaat.az/Ələsgər

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki