Alimlər insan ömrünü uzatmağın yolunu tapdılar

image-1704859877_1697356921752894791652b9c79a2f1dbackend

ABŞ-ın Pensilvaniya Dövlət Universitetinin bir qrup alimi zoğalın faydalı xüsusiyyətini kəşf edib.

Busaat.az xəbər verir ki, araşdırmanın nəticələri “The Journal of Nutrition” jurnalında dərc olunub.

Alimlərin araşdırmasına görə, zoğal gündəlik istifadə edildikdə ölüm riskini 31% azaldır ki, bu da ömrü orta hesabla 16 il uzadır.

Elmi işin müəllifləri səkkiz il ərzində 37 min insanın sağlamlıq vəziyyəti ilə bağlı məlumatları təhlil ediblər. Onlar tədqiqat iştirakçılarının qida rasionu və onun insanların orqanizminə təsiri haqqında məlumat toplayıblar. Xüsusilə, alimlər giləmeyvənin tərkibində olan flavonoidlərlə maraqlanıblar. Onlar geniş farmakoloji fəaliyyət spektri ilə seçilirlər.

Onlar xoleretik, bakterisid, spazmolitik, kardiotonik təsirlərə malikdir, qan damarlarının kövrəkliyini və keçiriciliyini azaldır, radionuklidləri bədəndən çıxarmağa qadirdir, həmçinin xərçəng xəstəliyi əleyhinə təsir göstərdiyi sübut edilib.

Məlum olub ki, ölüm riskini ən çox zoğal (31%), qaragilə (21%) və çiyələk (14%) azaldır. Müəlliflərin fikrincə, ən yaxşısı təzə giləmeyvə yeməkdir, lakin mövsümdənkənar dövrdə mürəbbə, kompotlar və ya tərkibində çoxlu şəkər olan digər yeməklər istisna olmaqla, istənilən formada giləmeyvə yemək məqsədəuyğundur.Modern.az

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki