image-busaat_banner_2000x150
image-busaat_banner_1200x75

Anası narkotikə alışdırılmış azyaşlı işgəncələrə məruz qalır? – AÇIQLAMA – VİDEO

image-kemalebackend

Azərbaycanda azyaşlı anasının rəfiqəsi tərəfindən şiddətə məruz qalıb.

Busaat.az xəbər verir ki, bu barədə “Azərbaycan Uşaqları” İctimai Birliyinin sədri Kəmalə Ağazadə paylaşım edib.

Onun sözlərinə görə, azyaşlı Mədinənin anasının sevgilisi tərəfindən narkotikə alışdırılması iddia edilib:

“Bu barədə azyaşlının xaricdə yaşayan qohumları bildirib. Mədinənin anası barəsində məlumatlar aidiyyəti qurumlara göndəriləcək”.

“Ümid edirəm ki, faktlar təsdiqini tapdıqda azyaşlı ilə bağlı obyektiv qərar çıxarılacaq. Onun anasının müalicə və reabilitasiyası ilə bağlı işlər aparılacaq”, – deyə K.Ağazadə qeyd edib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev bildirib ki, məsələ araşdırılır: “Məsələ barədə məlumatlıyıq, hazırda müvafiq araşdırma aparılır”.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90