Türkiyə Daxili İşlər Nazirliyi Ankarada DİN-in binası yaxınlığında terror aktı törədən terrorçunun kimliyini müəyyən edib.
Busaat.az TASS-a istinadən xəbər verir ki, bu barədə Türkiyə Daxili İşlər Nazirliyinin (DİN) yaydığı məlumatda deyilir.
“DNT testi nəticəsində ikinci terrorçunun separatçı PKK təşkilatının üzvü – Özkan Şahin olduğu müəyyən edilib”, – məlumatda bildirilib.
Daha əvvəl terror aktını törədən digər şəxsin PKK üzvü Həsən Oğuz olduğu məlum olub.