Azərbaycanda daha 315 nəfər koronavirusa yoluxdu – 5 nəfər öldü

Azərbaycanda daha 315 nəfər koronavirusa yoluxdu – 5 nəfər öldübackend

Azərbaycan Respublikasında koronavirus infeksiyasına 315 yeni yoluxma faktı qeydə alınıb, 229 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Busaat.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış beş nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 8 191 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 4 606 nəfər müalicə olunaraq sağalıb, 98 nəfər vəfat edib, 3 406 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 349 200 test aparılıb.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90