Azərbaycanlılar arasında silahlı insident: Ölən var – FOTO

image-213backend
Amerikada azərbaycanlılar arasında qətl hadisəsi ilə bitən insident yaşanıb.

Busaat.az Musavat.com-a istinadən xəbər verir ki, əslən Naxçıvandan olan Xəlil Xəlilov Ənvər Quliyev adlı soydaşımıza və onun qayını Əhməd Əhmədova avtomobilindən götürdüyü bıçaqla hücum edib.

Ənvər Quliyev ürəyindən aldığı bıçaq yarasından hadisə yerində dünyasını dəyişib. Onun qaynı Əhməd Əhmədov isə hazırda xəstəxanadadır və müalicəsini davam etdirir.

Onların Zaqataladan olduğu bildirilir.

Amerika saytları hadisə ilə bağlı yazıb ki, iyulun 17-də saat 12 radələrində polis Viskonsin prospektinin 1800-cü məhəlləsindəki qarajın içərisində dava olması barədə xəbər alıb: “Daha sonra polislər xəstəxanaya çağırılıb və orada bıçaqlanmış iki nəfərin olduğu müəyyən edilib. Hadisə səbəbindən 36 yaşlı Ənvər Quliyev dünyasını dəyişib. Polis hadisəni törətməkdə şübhəli bilinən 34 yaşlı Xəlil Xəlilovu həbs edib”.

Məlumata görə, hadisəyə səbəb tərəflər arasında baş verən kiçik şəxsi mübahisə olub. Daha sonra bu kiçik söz davası qətllə nəticələnən hadisəyə çevrilib.


10fc1ad7b63a8b9838e8e3a8599384ea4b83837a7f73ceb912528c7e3b64af92 jpgjpg 17213827096830f396858e29bb0217578d4428d7d312a017289c13ac8c0675f829e40238a1 jpgjpg 1721382709de901266f142f1b6a4ecee129f95827f7ff38315fd9ee5711f49cbc0ea09baf6 jpgjpg 1721382709

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki