“Azərbaycanlıların birliyi erməni təfəkkürlü Sevinc Osmanqızını qəzəbləndirir” – Partiya sədri

“Azərbaycanlıların birliyi erməni təfəkkürlü Sevinc Osmanqızını qəzəbləndirir” – Partiya sədribackend

“Sevinc Osmanqızı kimi varlıqlar öz atasından və millətindən bixəbər olanlardır”.

Bu sözləri Busaat.az-a açıqlamasında jurnalist Sevinc Osmanqızının rəsmi Bakını təxribat törətməkdə ittiham etməsinə münasibət bildirən Demokratik Azərbaycan Dünyası Partiyasının (DADP) sədri Əlisahib Hüseynov deyib.

Əlisahib Hüseynova görə, ruhən erməni olan bu cür formal “azərbaycanlı”lar azərbaycanlılıqdan məhrum edilməlidirlər:

“Azğınlaşmış ermənilərin müxtəlif ölkələrdə soydaşlarımıza qarşı vandallığa yol verdiyi, hücumlar təşkil etdiyi bir vaxtda adı və soyadı azərbaycanlı olan jurnalist Sevinc Osmanqızı rəsmi Bakını təxribat törətməkdə ittiham edən, xarici ölkələrdə Azərbaycan Ordusuna dəstək aksiyaları keçirənləri “vətənşüvən” adlandıran və düşməni müdafiə edən fikirlər səsləndirir.

Özünü qəsdən korluğa vurmuş bu başabəla jurnalist utanmadan iddia edir ki, guya bu gün xarici ölkələrdə ermənilərlə bu qarşıdurmanı təşkil edən Azərbaycan tərəfidir. Xaricdə yaşayan azərbaycanlıların həmin ölkələrdəki səfirliklərimizi ermənilərin hücumlarından və təxribatlarından qorumaq üçün toplaşmaqları təkcə erməniləri deyil, erməni təfəkkürlü Sevinc Osmanqızını da qəzəbləndirir.

Öz şəhid atasına sosial şəbəkə istifadəçiləri tərəfindən “Osmanyan” deyilməsinə baiskar olan və bu cür anti-milli fikirlər səsləndirən bir jurnalistin özünü nə Osman Mirzəyevin qızı, nə də azərbaycanlı adlandırılmağa mənəvi haqqı yoxdur.”.

Gülay


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki