Fransanın paytaxtı Parisdə Azərbaycan Respublikası Səfirliyi nəzdində fəaliyyət göstərən Mədəniyyət Mərkəzində Qarabağ milli geyimlərinin nümayişi keçirilib.
8 Mart Beynəlxalq Qadınlar günü mübasibətilə ölkəmizin Parisdəki Səfirliyi və Fransada Azərbaycanın Dostları Assosiasiyasının birgə təşkilatçılığı ilə keçirilən “Qarabağ cəsarət və gözəllik əfsanəsi” moda nümayişində respublikamızın Fransadakı səfiri Leyla Abdullayeva, yerli iş adamları, moda həvəskarları, incəsənət xadimləri və digər şəxslər iştirak ediblər.
Tədbirdə çıxış edən səfir L.Abdullayeva ölkəmizdə qadınların hüquqlarından bəhs edib, Azərbaycan qadının cəmiyyətdə oynadığı yüksək rolundan danışıb. Səfir Azərbaycanda dünyada ən qabaqcıl qərb ölkələrindən belə öncə qadınlara səsvermə hüququ verildiyini qonaqların diqqətinə çatdırıb, qızlar üçün açılmış ilk qeyri-dini təhsil ocağının qədim tarixinə toxunub və Azərbaycandakı dünyəvilik ənənələri haqqında məlumat verib.
Könül Vəlibəyli tərəfindən 2008-ci ildə təsis edilən “Bakı Milli Geyim Evi”nin ərsəyə getirdi Qarabağ milli geyimlərinə hərs edilmiş dəfilə qonaqların böyük marağına səbəb olub. Təqdim olunan geyimlərdə Qarabağın ayrı-ayrı bölgələrinin, xüsusilə Şuşanın milli naxışları əksini tapıb. Dəfilənin keçirilməsində məqsəd Azərbaycanın, ümumilikdə bütün Türk dünyasının ayrılmaz parçası olan Qarabağın çoxəsrlik geyim mədəniyyətini daha geniş auditoriyaya çatdırmaqdır.
Xalq artisti Nəzakət Teymurova Azərbaycan Dövlət Akademik Filarmoniyasında möhtəşəm konsert proqramı ilə çıxış edib. Busaat.az xəbər verir ki, muğam sənətinin […]
SSRİ Xalq artisti Lyudmila Çursina iyunun 10-da dünyasını dəyişib. Busaat.az bakupost-a istinadən xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat […]
Xanəndə Mirələm Mirələmovun ailəsinə ağır itki üz verib. Busaat.az xəbər verir ki, sənətçinin atası Fərman Murələmov dünyasını dəyişib. Sənətçinin yaxın […]
Xalq artisti Afaq Bəşirqızı 14-cü dəfə əməliyyat olunub. Busaat.az xəbər verir ki, bu barədə Xalq artisti Moderator.az-a danışıb. “Cərrahiyyə əməliyyatı […]