Bakıda 29, bölgələrdə 33 dərəcə isti olacaq

image-1725611908_a6718bb57e7c6407602f8cd6bd151c5111-jpgbackend
Bakıda və Abşeron yarımadasında sentyabrın 7-də hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, mülayim şimal-şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 19-22° isti, gündüz 25-29° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 765 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 60-70 %, gündüz 40-45 % olacaq.
Azərbaycanın əksər rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 18-23° isti, gündüz 28-33° isti, dağlarda gecə 9-14° isti, gündüz 15-20° isti olacaq.
Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki